Şalva Papuaşvili – Poniçalada baş vermiş faciənin yaratdığı ağrını ifadə etmək üçün söz tapmaq çətindir, həlak olanların ailələrinə başsağlığı verirəm
Poniçalada baş vermiş faciənin yaratdığı ağrını ifadə etmək üçün söz tapmaq çətindir. Həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verirəm, – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.
Papuaşvili xəsarət alanlara tezliklə sağalmalarını arzulayır.
“Heç bir söz onların yaşadığı ağrını yüngülləşdirə bilməz. Xəsarət alanlara tezliklə sağalmalarını arzulayıram. Hər bir xilasediciyə, tibb işçisinə və xilasetmə işlərində iştirak edən bütün şəxslərə təşəkkür etmək istəyirəm. Onların fədakarlığı və insani dəstəyi xüsusi hörmətə layiqdir. Belə ağır anlarda bir-birimizin yanında olmağın nə qədər vacib olduğunu daha dərindən hiss edirik. Allah həlak olanların ruhlarını şad etsin. Onların ailələrinə və yaxınlarına güc və dözüm arzulayıram”, – deyə Papuaşvili yazır.
Noyabrın 19-da Poniçalada yaşayış binasında baş verən qaz partlayışı binanın dağılmasına səbəb olub. Hadisə nəticəsində altı nəfər həlak olub, xəsarət alan beş nəfər klinikalara yerləşdirilib. Onlardan üçü hazırda klinikalarda qalır.
Gürcüstan hökumətinin sərəncamı ilə 2026-cı il noyabrın 22-si matəm günü elan edilib.