Şalva Natelaşvili - bizdə oliqarx diktatura, Azərbaycanda ailə sülaləsi, xalqdan bir şey soruşmayan rejim mövcuddur
“Leyboristlər Partiyasının” lideri, Şalva Natelaşvili bəyan edir ki, David Qareci monastr kompleksində Azərbaycan tərəfindən təmizləmə işləri aparılır, bu isə, ərazilərin aneksiyasına istiqamətləndirilmiş addımdır.
“Ölkəmiz ən çətin dövlət böhranına batdığı bir zaman, oliqarx, Əliyev rejiminə milyardlıq sövdələşmə və Kvemo Kartli seçkiləri müqabilində yekun olaraq ən böyük gürcü-xristian müqəddəsliyini David Qrecini təhvil verdi. Bu gün orada tamamilə aneksiya başa çatır, təmizlik işlər aparılır, xəttlər bölünüb. Sözzüs ki, bu, iki qardaş xalqın əlaqələrinə çart yaratmayacaq, lakin irəlcədən hər iki rejimə bəyan etmək istəyirəm, bir neçə aydan sonra baş verən hakimiyyətin dəyişməsindən sonra, bu məsələ üzrə bütün nail oluna bilinəcək razılaşma, ləğv olunacaq”, – Şalva Natelaşvili bəyan etdi.
Onun dediyinə görə, Gürcüstan və Azərbaycan arasında bənzərlik var.
“Qonşu rejim bu cür hərəkət etdiyi təəssüfləndiricir. Və ümumiyyətlə, Qafqazda iki utandırıcı rejim var. Gürcü və azərbaycanlı xalqının inkişafın ümumi yolu var idi, eyni gələcəyimiz var, lakin bizdə oliqarx diktatura, Azərbaycanda – ailə sülaləsi, nə azrəbaycanlı və nə gürcü xalqından bir şey soruşmayan rejim mövcuddur. Əksinə onların varlıqlarını mənimsəyirlər, seçkiləri saxtalaşdırırlar, hakimiyyətin uzurpasiyasını həyata keçirirlər və bir-birlərinə təsdiq edirlər ki, demokratik seçkilər keçirdilər. İndi nə oldu, bütün dünya Əliyevin seçkilərini pislədi. Yeganə deyənlər ki, seçkilər demokratik və uğurlu idi, təəssüflər olsun oraya müşahidəçi kimi təşrif buyuran Gürcüstan hakimiyyəti nümayəndələri idilər”, – Şalva Natelaşvili qeyd etdi.
Elə onun dediyinə görə, İlham Əliyevin hakimiyyətindən cavabı xalqın özü tələb edəcək.
Şalva Natelaşvilinin bəyan etdiyinə görə, Əfqan Muxtarlının hadisəsi Azərbaycan tərəfindən qonşu ölkəyə qarşı təhqirdir.
“Sözsüz ki, Gürcüstana qarşı bu ölkənin xüsusi xidmətlərinin fəal hərəkətlərinə göz yuma bilmərəm. Durum o səviyyəyə qədər gedib çıxdı ki, şəhərin mərkəzindən Bakıdan məcburi qaçan Əfqan Muxtarlı, İvanişvili və Əliyevin birgə xüsusi əməliyyatı ilə qaçırıldı. O, insanı mühakimə etdilər və bu gün də ağır şəraitdədir. Bundan artıq qonşuya qarşı təhqir nə ola bilər”, – Natelaşvili bildirdi.