Saba Lazışvili RAF turnirində Urijah Feyberlə qarşılaşacaq

20:17, 13.11.2026

Real American Freestyle (RAF) gürcü güləşçi Saba Lazişvilinin noyabrın 14-də Əbu-Dabidə keçiriləcək turnirdə UFC-nin keçmiş ulduzu Urijah Feyberlə qarşılaşacağını rəsmən təsdiqləyib.

Təşkilat sosial şəbəkədə qarşılaşmanın rəsmi posterini yayımlayaraq Saba Lazişvilini amerikalı idmançının yeni rəqibi kimi təqdim edib.

Əvvəlcə Feyberin Umar Nurməhəmmədovla güləşməsi planlaşdırılırdı. Lakin RAF-ın yaydığı yeni məlumata görə, onun rəqibi gürcü idmançı olacaq.

Xatırladaq ki, Saba Lazişvili Merab Dvalişvili ilə birlikdə Əbu-Dabidə baş verən insidentdə iştirak edib. Bundan sonra hər iki gürcü hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Gürcü idmançılar artıq həbsdən azad ediliblər.

RAF turniri noyabrın 14-də Əbu-Dabidəki “Etihad Arena”da keçiriləcək. Həmin tədbirdə Merab Dvalişvilinin rəqibi braziliyalı Marlon Moraes olacaq.

Oxşar