Rustavidə koronavirusun iki yeni halı qeydə alındı.
Bu barədə məlumatı Kvemo-Kartli bölqəsinin qubernatoru Şota Rexviaşvili, “Moambe” xəbərlər buraxılışının canlı yayımına qoşulan zaman təsdiqlədi.
Rexviaşvilinin məlumatına görə, infeksiyaya yoluxanlar bir ailədəndirlər.
“İnfeksiyaya yoluxan iki nəfərin yoluxma mənbəsini identifikasiya etməyə çalışırıq” – dedi Şota Rexviaşvili.
Rəsmi məlumata görə, bu vaxt üçün Gürcüstanda koronavirusa yoluxmanın 155 halı qeydə alınıb.