Rustavi yaxınlığında yerləşən məntəqədən bir neçə insanı xilasedicilər qayıq ilə çıxarırlar
Rustavi girişində, Qardabani ərazisində yerləşən qəsəbəni su basdı. Bu barədə Birinci Kanalın jurnalisti hadisə yerindən xəbər verir.
Fövqəladə Xidmətindən Birinci Kanala bildirildiyinə görə, hadisə yerində suyun səviyyəsi 30-40 santimetrdir.
Elə onların məlumatına görə, evlərdə bir neçə insan qalmışdır. Onları xilasedicilər hazırda qayıqla çıxarırlar.