"Lelo Gürcüstan üçün" partiyasının aktivisti, Rəşad Musayev Qardabani polisində şahid qismində dindirildi
"Lelo Gürcüstan üçün" partiyasının aktivisti, Rəşad Musayev Qardabani polisində şahid qismində dindirildi

“Lelo Gürcüstan üçün” partiyasının aktivisti, Rəşad Musayev Qardabani polisində şahid qismində dindirilmədə idi.

İş, Rəşad Musayevin “Gürcü Arzusunun” majoritar deputatına, Savalan Mirzəyevə qarşı həyata keçirdiyi hədəyə aiddir.

Rəşad Musayevin dediyinə görə, heçkimi qətlə yetirməyi planlaşdırmırdı.

“Savalana qarşı etdiyim birbaşa efirə görə, polis mənə zəng etdi. Siyası baxımından qətli nəzərdə tuturdum, onlar başqa cür fikirləşirdilər. Mənə Qaracalardan zəng etdilər ki, seçkilərdən sonra həbs edəcəklər, evində narkotik tapılacaq dedilər. “Lelonun” tərəfdarı olduğuma görəmi? Özümü müdafiə üçün etdim bunu, iki ay dözə bilmədim. Söyünc işlədirdim, Gürcüstan vətəndaşlarından üzr istəyirəm”, – Rəşad Musayev bəyan etdi.

Vəkilin açıqlamasına görə, onlar istintaqla əməkdaşlıq etməyə hazırdılar.