Qaracalarda sosial cəhətdən müdafiəsiz 82 ailəyə qida məhsulları və gigiyena vasitələri səbətləri verildi
Qaracalarda sosial cəhətdən müdafiəsiz 82 ailəyə qida məhsulları və gigiyena vasitələri səbətləri verildi

Barış və Mülki Bərabərlik məsələləri üzrə dövlət naziri, Tea Axvlediani Qardabanı munisipalitetinin Qaracalar kəndində idi.

Dövlət naziri, Tea Axvlediani baş nazirin məsləhətçisi, Lela Akiaşvili və Kvemo Kartli qubernatoru, Şota Rexviaşvili ilə birlikdə sosial cəhətdən müdafiəsiz ailələrə qonaq oldu.

Dövlət naziri aparatının məlumatına görə, Qaracalarda sosial cəhətdən müdafiəsiz 82 ailəyə qida məhsulları və gigiyena vasitələri səbətləri verildi.

Yardım aksiyası Dövlət naziri aparatının təkilatçılığı və UNICEF-in maliyyə yardımı ilə həyata keçirildi.