Qardabani munisipalitetində, Rustavi-Tbilisi avtomaqistralında yerləşən məntəqə dünən yağan güclü yağış nəticəsində su ilə doldu.
Məntəqədə 11 ailə yaşayır.
Yerlilərin məlumatına görə, mebel və texnikaya ziyan dəyibdir. Ev heyvanlarını tapa bilmirlər.
Hadisə yerində suyun səviyyəsi aşağı endi, lakin həyətlər və evlərdə su yenə də qalır.
Kvemo Kartli Xilasedici Xidməti rəsinin müavini, David Qelaşvilinin Birinci Kanala bəyan etdiyinə görə, suyun pompa ilə çıxarılması baş verir.
Onun dediyinə görə, hadisə yerinə əlavə texnikanın gətirilməsi planlaşdırılır.