Rustaveli prospektində vurulan yeniyetmə ürək zonasından müxtəlif yaralar alıb
Rustaveli prospektində vurulan yeniyetmə ürək zonasından müxtəlif yaralar alıb.
Bu barədə məlumatı jurnalistlərə İnqorokva klinikasının həkimi Konstantine Mumladze verdi.
“Pasient təcili tibbi yardım maşını tərəfindən çox ağır vəziyyətdə gətirilib. Ürək zonasında müxtəlif yaraları var. Hazırda o əməliyyat blokundadır və həyati funksiyaların sünii əvəz edilməsi prosesi həyata keçirilir”, – dedi həkim.
Rustaveli prospektində baş verən cinayətlə bağlı istintaq aparılır.