Rusiyanın Ukraynaya hücumları nəticəsində həlak olanların sayı səkkizə çatıb, 28 nəfər yaralanıb
Rusiyanın Ukraynaya endirdiyi hava zərbələri nəticəsində həlak olanların sayı səkkizə çatıb, 28 nəfər isə yaralanıb. Onlardan altısı Kiyevdə həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Ukrayna mediası məlumat yayıb.
Ukraynanın Baş naziri Sergey Koretskinin sözlərinə görə, Rusiya hava zərbələrini ofis və kommersiya binalarına endirib.
“Gecə saatlarında Kiyevə və doqquz vilayətə hücum edilib. Raketlər paytaxtın kritik infrastrukturuna düşüb, hədəflər arasında körpülər də olub”, – Sergey Koretski yazır.
Mövcud məlumata görə, Xarkovda yerləşən xəstəxanaya da zərbə endirilib, nəticədə dörd nəfər yaralanıb.
Medianın məlumatına görə, hava hücumları nəticəsində Çerniqov, Dnepropetrovsk, Lvov və Sumıda yaşayış binalarına ziyan dəyib.
Hücumların baş verdiyi ərazilərdə xilasedicilər, tibb işçiləri və polis əməkdaşları işləyirlər.