Rusiyanın hücumları Ukraynada elektrik enerjisi böhranını dərinləşdirir – əhalinin yarısı işıqsız qalıb, ən ağır vəziyyət Kiyev, Odessa və Dnepr rayonlarında müşahidə olunur

16:37, 13.11.2026

Rusiya Ukraynanın enerji sektoruna hücumlarını davam etdirir. Ukraynanın regionlarında yaşayan əhalinin yarısına elektrik enerjisi verilmir.

Hazırda Kiyev vilayətinin bir neçə rayonunda da elektrik enerjisinin qəza rejimində kəsilməsi tətbiq olunur.

Ukraynanın energetika nazirinin birinci müavini Artem Nekrasovun brifinqdə verdiyi məlumata görə, bombardmanlar nəticəsində Dnepropetrovsk, Donetsk, Zaporojye, Jitomir, Kiyev, Nikolayev, Odessa, Rovno, Sumı, Xarkov, Xmelnitski və Çerniqov vilayətlərində bəzi abonentlərin elektrik enerjisi ilə təchizatı səhər saatlarından dayandırılıb. O qeyd edib ki, təmir briqadaları, operatorlar və dispetçerlər 24 saat ərzində fəaliyyət göstərirlər.

Ukraynanın əksər regionlarında elektrik enerjisinin saatlıq kəsilməsi, həmçinin sənaye müəssisələri üçün elektrik enerjisi istehlakına məhdudiyyət qoyulması qrafikləri tətbiq olunur.

Ukraynanın Gələcəyi İnstitutunun enerji proqramları üzrə rəhbəri Andrian Prokip hesab edir ki, Ukraynanın bəzi böyük şəhərlərində elektrik enerjisinin verilməsi iki həftəyədək dayandırıla bilər və bunun ehtimalı kifayət qədər yüksəkdir. Elektrik enerjisi ilə təchizat baxımından ən ağır vəziyyət Kiyev, Odessa və Dnepr rayonlarındadır.

Oxşar