Rusiyanın Dniproya raket hücumu nəticəsində 13 nəfər yaralanıb
Rusiyanın Dniproya raket hücumu nəticəsində 13 nəfər yaralanıb

 
Rusiyanın Ukraynanın Dnipro şəhərinə raket hücumu nəticəsində 13 nəfər yaralanıb. Bu barədə Dnepropetrovsk bölgəsinin hərbi administrasiyasının rəhbəri Serqey Lisak açıqlayıb.

Lisak, xəsarət alanlar arasında beş uşağın olduğunu bildirib.
“Səkkiz yaralı xəstəxanaya yerləşdirilib. Xəsarətlər orta ağırdır” – deyə Lisak açıqlayıb.

Yerli hakimiyyət, raket hücumu nəticəsində təhsil müəssisəsinə də ziyan dəyməsi haqqında məlumat verib.