Kalininqradda “İslam Dövlətinin” doqquz üzvü təşkilata yeni üzvlər yığmağa çalışarkən həbs edildi.
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, həbs olunan şəxslər vətəndaşlara qadağan olan kitablar dağıdırdılar və terorist “fəaliyyətinə” qoşulmağa cəlb edirdilər.
Onların təşviqi ilə, iki Rusiya vətəndaşı Suriyəyə getdi və “İslam dövlətinin” döyüşçülərinə qoşuldu.
Axtarış nəticəsində, həbs edilənlərin qaldığı evdə silah, amunisiya və ekstremist xasiyyətli ədəbiyyat aşkar olundu.
Həbs edilənlərə qarşı cinayət işi terorizmə dəstək maddəsi ilə qaldırıldı.