Rusiya Təhlükəsizlik Xidməti Saratov ticarət mərkəzində terror aktının qarşısını aldı
Rusiya Təhlükəsizlik Xidməti martda Saratov ticarət mərkəzində terror aktının qarşısını aldı. Bu barədə idarənin direktoru, Aleksandr Bortkinov bəyan etdi. Onun dediyinə görə, terror aktının təşkilatçılarını güc strukturları nümayəndələri yaxaladıqları zamanı qətlə yetirdilər.
Rusiya Təhlükəsizlik Federal Xidmətinin təsdiq etdiyinə görə, qətlə yetirilənlər “İslam Dövləti” terror qaruplaşmasının üzvləri idilər. Onlarda silah və üç kiloqrama qədər partlayıcı qurğu aşkar edildi.
Bortkinovun dediyinə görə, Rusiya Xüsusi Xidmətləri prezident seçkiləri günü İnquşetiya və Başqırdıstanda, seçki məntəqələrində iki terror aktının qarşısını aldılar.
Birinci terror aktının təşkilatçılarını güc strukturları nümayəndələri xüsusi əməliyyat zamanı qətlə yetirdilər.
Bortkinovun göstəricilərinə görə, 2018-ci ilin birinci kvartalında Təhlükəsizlik Xidməti 6 terror aktının qarşısını aldı, 189 nəfər yaxalanıb və 15 şübhəli məhv edilib.