Rusiya şəhərində keçirilən etiraz aksiyalarında onlarla insan həbs edildi
Rusiya şəhərində keçirilən etiraz aksiyalarında onlarla insan həbs edildi

Vladimer Putinin İnauqurasiyasından iki gün əvvəl Moskva və Peterburqda və həmçinin, Rusiyanın müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilir.

Aksiyanın əsas sloqanı belədir – “Putin bizim kralımız deyil”.

Peterburqda onlarla insan həbs edilib. Aksiyada baş verənlərlə bağlı məlumatı BBC yayır.

Sosiyal şəbəkələrdə aktivistlərin həbs edilmələrinin kadrları yayıldı.

Aksiyaları təşkil edən Rusiyanın müxalifət lideri Aleksey Navalnidir.

Aksiyalar eyni zamanda, Barnaulda, Vladivostokda, Xabarovskda, Komsomolsk-Amurda, Maqadan və İrkutskda keçirilir.

Günün sonunda qeyd olunan şəhərlərə etiraz aksiyaları ilə üç Sibir şəhəri də artdı.

“Yalanlar və müharibə başa çatsın!” – Barnaul şəhərinin mərkəzi parkında yığılanlar bu lozunqla etiraz edirlər.

Barnaul və Krasnoyarsk şəhərlərində aktivistlər polis tərəfindən həbs edilirlər.

Aktivistlər bəyan edirlər ki, Vladimer Putin qeyri-legitim ölkə başçısıdır.

Putinin inauqurasiyası mayın 7-də keçiriləcək