Rusiya prezidentinin mətbuat katibi - Rusiyanın qonşuları ilə ərazi pretenziyası yoxudur
Rusiya prezidentinin mətbuat katibi, Dimitri Peskovun bəyan etdiyinə görə, Rusiyanın qonşuları ilə ərazi pretenziyası yoxudur.
Bu barədə Peskov Putinin bəyanatından sonra bəyan etdi. Jurnalistlər ilə müsahibəsində Putin bildirdi ki, Sovet İttifaqı yaradıldığı zaman, bir çox respublika rus torpaqlarını və ənənəvi rus tarixi ərazilərini aldı.
Elə onun dediyinə görə, Sovet İttifaqından çıxdıqdan sonra bir çox ölkə özü ilə rus xalqının hədiyyəsini apardı.
Bununla yanaşı, Putin konkretləşdirməyib hansı dövləti və ya hansı torpağı nəzərdə tutur.