Rusiya dəniz poliqonunda, o cümlədən Qara Dənizdə təlimlərə başlayır
Rusiya strateji hərbi qüvvələrinin təliminə başlayır. Təlimlər oktyabrın 15-dən 17-dək keçiriləcək və onda 12 000 hərbi xidmətçi iştirak edəcək. Məlumatı Rusiya Müdafiə Nazirliyi yayır.
Elə onların məlumatına görə, təlimlər zamanı ballistik və qanadlı raketlərin buraxılması həyata keçiriləcək.
“Təlimlər Barents, Baltik, Qara, Oxota və Xəzər Dənizi poliqonunda keçiriləcək”, – Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.