Rikotidə avtobanın inşaatını Yaponiya 343 milyon dollarla maliyyəşdirəcək
Rikoti dağ keçidində, Şorapani-Arqveta kəsiyində avtobanın inşaat layihəsini Yaponiya 343 milyon dollarla maliyyələşdirəcək.
Müvafiq razılaşma Tbilisidə, Yaponiyanın Xarici İşlər Nazirinin səfəri zaman imzalanacaq.
Gürcüstana səfərlə gələn Yaponiyanın Xarici İşlər Naziri Gürcüstan prezidenti, baş nazir və Xarici işlər Naziri ilə görüşəcək.
Səfər çərçivəsində Taro Kono qəhramanlar memorialına da çələnq qoyacaq.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Yaponiyyanın Xarici İşlər Naziri Gürcüstana sentyabrın 4-5-də gələcək.