Rasa Yukneviçene - Gürcüstan yenidənqurmanın müsbət nümunəsi idi və nümunəsi olaraq qalır
Rasa Yukneviçene - Gürcüstan yenidənqurmanın müsbət nümunəsi idi və nümunəsi olaraq qalır

Gürcüstan yenidənqurmanın müsbət nümunəsi idi və nümunəsi olaraq qalır, – bu barədə NATO Parlament Assambleyasının müşahidəçilər missiyasının rəhbəri, Rasa Yukneviçene seçkilərin müşahidəsindən sonra bəyan etdi.

Elə onun dediyinə görə, NATO Parlament Assambleyasının müşahidəçiləri Gürcüstan hakimiyyətinin dəvəti ilə seçkiləri beşinci dəfə izləyirlər.

“NATO-nun üzvlüyü Gürcüstanda strateji məqsəddir. Gürcüstan yenidənqurmanın müsbət nümunəsi idi və nümunəsi olaraq qalır”, – Rasa Yukneviçene bəyan etdi.

Bununla yanaşı, elə onun dediyinə görə, seçkiqabağı kampaniya dövründə mənfi proseslər nəzərə çarpdı. Daha dəqiq olaraq, Litvalı deputat, QHT-lərə qarşı sözlə hücumu nəzərdə tutur.

NATO Parlament Assambleyasının müşahidəçilər missiyasının rəhbəri ikinci tur barəsində də danışır. Rasa Yukneviçene hakimiyyəti, onların hesabatında olan problemləri həll etməyə doğru çağırır.

“Gürcüstan, seçkilərin ikinci turunu ilk dəfə keçirəcək. Ümid edirəm ki, həll olunası probemlər həll olunacaq. Hakimiyyəti, bizim hesabatımızda olan problemləri həll etməyə doğru çağırıram”, -Rasa Yukneviçene bəyan etdi.