Macarıstanın paytaxtı, Budapeştdə keçirilən Qran Pridə dzyudo üzrə gürcü, Tato Qriqalaşvili (81 kq.) qızıl medal sahibi oldu. O, finalda Brazilyalı Rafael Maçedonu məğlubiyyətə uğratdı.
Xatırladaq ki, Budapeşt Qran Prisi iyulun 12-də başladı. Bu gün, turnirin yekunlaşdırıcı günündə, beş gürcü yarışacaq:
90 kq – Beka Ğviniaşvili, Avtandil Çrikişvili
100 kq – Giorgi Beriaşvili
+100 kq – Gela Zaalişvili, Onise Buğadze.