Proporsiyonal seçki sisteminə keçişlə bağlı konstitusiya dəyişikliklərin müzakirəsi parlamentdə sabah davam edəcək
Proporsiyonal seçki sisteminə keçişlə bağlı konstitusiya dəyişikliklərin müzakirəsi parlamentdə sabah davam edəcək.
Bu barədə bəyanatı parlamentin sədri Arçil Talakvadze plenar iclasda verdi.
Parlament əksəriyyətinin bu təşəbbüsü bir neçə majoritar deputat tərəfindən dəstəklənmir.
Proporsiyonal seçki sisteminə keçişlə bağlı konstitusiya dəyişikliklərin müzakirəsi parlamentdə bu gün başladı.
Gündəmdə iki layihə var idi. Biri iqtidar dəstəsi, digəri isə, müxalifət tərəfindən hazırlanıb.
Müxalifət tərəfindən hazırlanan layihə seçkilərin 3%-lik baryerlə keçirilməsini və seçki bloklarının yaradılmasını nəzərdə tutur.
Parlament əksəriyyətinin hazırladığı dəyişikliklər isə, 2020-ci ilin seçkilərinin sıfır, yəni təbii baryerlə keçirilməsini nəzərdə tutur.
Bu günki iclasda parlament müxalifətin hazırladığı layihəyi səs vermə nəticəsində rədd etdi.