Prokurorluq - Mamuka Xazaradze hədə-qorxu ittihamını prosessual olaraq təsdiq etdikdən sonra, müvafiq hüquqi münasibət bildirəcəyik
Gürcüstanın Baş Prokurorluğu hədə-qorxu məktubu ilə bağlı bəyanatı ilə əlaqədar “TBC Bankın” təsisçisi Mamuka Xazaradzeni sorğu edəcək.
“Mamuka Xazaradze elə bu iş çərçivəsində sorğu ediləcək və hədə-qorxu ittihamını prosessual olaraq təsdiq etdikdən sonra, müvafiq hüquqi münasibət bildirəcəyik”, – Birinci Kanala idarədən bildirdilər.
“TBC Bankın” təsisçisi Parlamentin maliyyə-büdcə komitəsinin iclasında bəyan etdi ki, prezident seçkilərinin ikinci turundan əvvəl hədə-qorxu tərkibli məktub qəbul etdi. Parlamentin maliyyə-büdcə komitəsinin iclasında Xazaradzenin məktubu ilə bağlı sualı müxalifətçi deputat, İrma Nadiraşvili verdi.