Prezidentliyə namizədlərin yekun siyahısı oktyabrın biri məlum olacaq
Prezident seçkilərin kim hansı nömrə ilə iştirak edəcək, bu məsələ üzrə püşkatma Mərkəzi Seçki Komissiyasında bu gün keçiriləcək.
Seçki administrasiyasında iclas bu gün təyin edilib. Mərkəzi Seçki Komissiyasında prezidentliyə namizədliyinin arzusunda olanların qeydiyyatı müddəti sentyabrın 8-də tükəndi.
Mərkəzi Seçki Komissiyasının sədri, Tamar Jvaniyanın adına MSK-ya 46 ərizə daxil olub. Prezidentliyə namizədi 27 təşəbbüs qrupu və 19 partiya təqdim edib.
MSK-da açıqladıqları kimi, bu gündən 10 gün ərzində namizəd kimi qeydiyyatdan keçmək arzusunda olanlar seçki administrasiyasına tərəfdarlarının imzalarını təqdim etməlidirlər. Bunun da son müddəti 18 sentyabrdır. Qeydiyyat isə, sentyabrın 28-də başa çatır.
Prezident seçkiləri oktyabrın 28-də keçiriləcək.