Prezident seçkilərinin ikinci turu noyabrın 28-də keçiriləcək
Prezident seçkilərinin ikinci turu noyabrın 28-də keçiriləcək

Gürcüstan prezidenti seçkilərinin ikinci turu noyabrın 28-də keçiriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasında keçirilən iclasda məlum oldu. İclasda Mərkəzi Seçki Komissiyası Gürcüstan prezidenti seçkilərinin birinci turunu rəsmi olaraq cəmləşdirdi. MSK-nın sədri, Tamar Jvaniya yekunlaşdırıcı protokola və prezident seçkilərinin noyabrın 28-də keçirlməsi barəsində sərəncama imza atdı.

Qanunvericiliklə, prezident seçkilərinin ikinci turu  yekunlaşdırıcı protokolun dərc olunmasından sonra iki həftə ərzində təyin olunur. Noyabrın 28-i çərşənbə axşamıdır və tətil günü olaraq bəyan edildi.