Prezident administrasiyasında "Yayımlar haqqında" qanuna dəyişikliklərin edilməsi üzrə müzakirə aparırlar
Prezident administrasiyasında "Yayımlar haqqında" qanuna dəyişikliklərin edilməsi üzrə müzakirə aparırlar

Gürcüstan prezidenti administrasiyasında “Yayımlar haqqında” qanuna dəyişikliklərin edilməsi üzrə görüş keçirilir. Giorgi Marqvelaşvili mediya və QHT bölməsinin nümayəndələri ilə görüşür.

Görüşün başlamasına qədər Jurnalistlət Etikası rəhbəri, Nata Dzvelişvilinin qeyd etdiyinə görə, prezidentin QHT bölməsinin nümayəndələri ilə görüşməsi alqışlanasıdır.

Elə bu gün, qanunlayihə haqqında müzakirələr üçün, Gürcüstan prezidenti İctimai Yayımçının İcraçı Şurasının üzvləri ilə görüçəcək.

İctimai Yayımçı Gürcüstan prezidenti, Giorgi Marqvelaşvili ilə görüşmək təşəbbüsünü, prezident bazar ertəsi günü mətbuat, qeyri-hökumət bölməsi nümayəndələri və məsələ ilə maraqlanan tərəflərlə görüş arzusunda olduğunu bildirdikdən sonra, irəli sürdü.

Prezidentin parlament katibininin bəyanatından sonra, İctimai Yayımçının İcraçı Şurası bəyanat yaydı.

“Bu cür görüşdən sonra, əgər cənab prezidentin yenə sualları qalarsa, biz hazır olacağıq ki, görüşün başqa formatı haqqında söhbət edək”, – İctimai Yayımçının İcraçı Şurasının bəyanatında deyilir.

“Yayımlar haqqında” qanunvericilik zərfini Gürcüstan parlamenti, 85 leyhinə, 6 əleyhinə olaraq dekabrın 14-də təsdiq etdi.