Portuqaliya prezidenti, Marselu Rebelu Di Sozada koronavirus təsdiq olundu.
Müvafiq məlumatı “Reuters” agentliyi Portuqaliya prezidenti ofisinə istinad edərək yayır.
72 yaşlı Marselu Rebelu Di Soza yanvarın 24-də planlaşdırılmış prezident seçkilərində ikinci müddətlə prezident vəzifəsini tutmaq uğrunda mübarizə aparır.
Prezident administrasiyasının məlumatına görə, planlaşdırılmış görüşlər təxirə salındı.
Marselu Rebelu Di Soza izolasiyanı Lissabonda, prezident igamətgahında keçəcək.