Portuqaliya prezidentində koronavirus təsdiq olundu

12:40, 12.01.2021

Portuqaliya prezidenti, Marselu Rebelu Di Sozada koronavirus təsdiq olundu.

Müvafiq məlumatı “Reuters” agentliyi Portuqaliya prezidenti ofisinə istinad edərək yayır.

72 yaşlı Marselu Rebelu Di Soza yanvarın 24-də planlaşdırılmış prezident seçkilərində ikinci müddətlə prezident vəzifəsini tutmaq uğrunda mübarizə aparır.

Prezident administrasiyasının məlumatına görə, planlaşdırılmış görüşlər təxirə salındı.

Marselu Rebelu Di Soza izolasiyanı Lissabonda, prezident igamətgahında keçəcək.

Oxşar