Polşa Respublikasında Prezident Sarayında Salome Zurabişvilinin rəsmi qarşılama mərasimi keçirildi

Gürcüstan prezidenti, Salome Zurabişvili Varşavaya Gürcüstan dövlət nümayəndə heyəti ilə birlikdə səfər etdi.

Polşa Respublikasında Prezident Sarayında Salome Zurabişvilinin rəsmi qarşılama mərasimi keçirildi. Tərəflər genişləndirilmiş formatda görüş keçirəcəklər. Görüşdən sonra hər iki ölkə prezidentinin birgə mətbuat konfransı planlaşdırılıb.

İkigünlük səfər çərçivəsində, Gürcüstan prezidentinin Polşa baş naziri, Matiuş Moraveytski ilə, Polşa Respublikası Senatının marşalı, Stanislav Karçevki ilə və Seymin sədri ilə görüşü planlaşdırılıb.

Rəsmi görüşlərdən başqa Salome Zurabişvili gürcü tələbələri və diaspora nümayəndələri ilə görüşəcək.