Polşa prezidenti, Andjey Dudanın bəyanatına görə, iyulda planlaşdırılmış NATO sammitində Gürcüstan və Ukrayna ilə əməkdaşlığın gücləndirilməsi ciddi müzakirə edilməlidir.
Dudanın dediyinə görə, “açıq qapı” siyasəti Şimali Atlantik Aliyansının xarici siyasətinin əsas elementidir. Qeyd olunan barəsində Polşa prezidenti Varşavada NATO Parlament Assambleyasında nitqlə çıxış edərkən bəyan etdi.
“Ümid edirəm ki, iyulda planlaşdırılmış NATO sammitində Gürcüstan və Ukrayna ilə əməkdaşlığın gücləndirilməsi ciddi müzakirə ediləcək. “Açıq qapı” siyasəti Şimali Atlantik Aliyansının xarici siyasətinin əsas elementidir”, – Andjey Duda bəyan etdi.
Varşavada NATO Parlament Assambleyasında nitqlə çıxış edərkən Şimali Atlantik Aliyansının baş katibi, Yens Stoltenberq Gürcüstanın Avroatlantik məkanına inteqrasiyasını dəstəklədiyini bəyan etdi. NATO-nun açıq qapı siyasəti iyulda, Brüsseldə müzakirə ediləcək əsas mövzulardan biri olacaq.