Polisin məlumatına görə, Erevanda 29 aksiya iştirakçısını həbs etdilər
Ermənistan polisinin məlumatına görə, Erevanda inzibati hüququ pozmaq ittihamı ilə 29 aksiya iştirakçısı həbs edildi.
Tərəfdarlarının həbs edilməsi barədə məlumatı müxalifət partiyası “Yelk”-in lideri Nikol Paşinyan təsdiqlədi.
Nikol Paşinyan tərəfdarlarını mərkəzi küçələri bloklamağa çağırdı.
Hüquqmühafizəçilər jurnalistlərə müraciət edirlər ki, aksiya iştirakçıları ilə müəyyən distansiya saxlasınlar.
Ermənistan polisinin bəyanatında deyilir ki, “İctimai toplanma haqqında qanun” polisə etiraz aksiyasını xüsusi vasitələrlə dağıtmağa izin verir.
Bəyanatda qeyd edilir ki, polis öz vəzifəsini yerinə yetirməyə hazırdır.
Ermənistan parlamenti baş nazir vəzifəsinə sabiq prezident Serj Sarkisyanın namizədliyini bugün saat 12:00-da səs verməyə çıxardacaq.
Aksiya iştirakçıları bu faktı etiraz edirlər.