Polis Marneulidə dələduzluq ittihamı ilə bir nəfəri saxlayıb
Polis Marneulidə dələduzluq ittihamı ilə bir nəfəri saxlayıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneuli bələdiyyəsinin ərazisində yaşayan vətəndaşa 1750 lari müqabilində mebel hazırlamağı vəd edib. O, vətəndaşdan pulu alsa da, vədinə əməl etməyib və həmin məbləği dələduzluq yolu ilə mənimsəyib.
Təqsirləndirilən şəxs məhkəmənin qərarı əsasında saxlanılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır. Həmin maddə 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.