Parlament önündə aksiyanın təşkilatçıları Zaza Saralidzenin evinə getdilər (video)
Parlament önündə aksiyanın təşkilatçıları Zaza Saralidzenin evinə getdilər.
Birinci kanalın jurnalistinin verdiyi məluta görə, Saralidze onlarla birlikdə Rustaveliyə tərəf getdi.
Saralidzenin jurnalistlərə bəyan etdiyinə görə, Rustaveliyə, aksiyaya saat 18:00-da ona görə gedə bilmədi ki, onun həyat yoldaşı pis idi. O, siyasətçilərlə qarşıdurmanı istisna etdi və qeyd etdi ki, onun evinə gələn siyasətçiləri özü çağırdı.
Elə onun dediyinə görə, aksiya iştirakçılarından üzr istəyəcək ki, aksiyaya bu gün qoşula bilmədi və geri, evə qayıdacaq.
Xorava küçəsində qətlə yetirilən yeniyetmənin atası, Zaza Saralidze Vake Parkında keçirilən “Ədalət siyasətçilərsiz bərpa olunsun” aksiyasında bəyan etdi ki, heç cür xalq lazım deyil, bu döyüşdə tək qalır və oranı tərk etdi.
Saralidze Vake Parkı ərazisini Xalq Müdafiəçisi, Nino Lomcariya ilə birlikdə tərk etdi.
Xalq Müdafiəçisi Nino Lomcariya sosial şəbəkədə “Zaza Saralidze, elə özünün xahişi ilə, özünü təhlükəsiz hesab etdiyi yerdədir” yazdı.