Parlament çoxluğu narkosityasətin liberallaşdırlması haqqında qanunlayihə ilə bağlı baş nazir ilə görüş planlaşdırır
Parlament çoxluğu narkosityasətin liberallaşdırlması haqqında qanunlayihə ilə bağlı baş nazir ilə görüş planlaşdırır

Parlament çoxluğu narkosityasətin liberallaşdırlması haqqında hazırlanmış qanunvericilik dəyişiklikləri ilə bağlı baş nazir, Giorgi Kvirikaşvili ilə görüş planlaşdırır.

Parlamenti Səhiyyə Komitəsinin sədri, Akaki Zoidzenin Birinci Kanala bəyan etdiyinə görə, parlamentin plenar iclasında dəyişikliklərin birinci dinləmə ilə müzakirəsi martın sonuna qədər planlaşdırılır. Buna qədər isə marağında olan trəflərlə görüşlər keçiriləcək, o cümlədən baş nazir ilə.

Zoidzenin dediyinə görə, çoxluğun lideri, Arçil Talakvadzenin təşkilatçılığı ilə, dəyişikliklər barəsində mövqelər artıq tərəfdarlar və əleyhinə olanlar tərəfindən aydınlaşdırılıbdır.

Deputat məsələ ilə bağlı “Mühafizəkarlar” partiyasının mövqesinə əks səda verir və bəyan edir ki, onlar norkotikin istifadəsində olan cinayət məsuliyyətinin aradan qaldırılması ilə razılaşmırlar.

Parlamentin plenar iclasında qanunvericilik dəyişiklikləri barəsində müzakirə hələlik keçirilməyib. Qanunlayihəni birinci dinləmə ilə Səhiyyə Komitəsi müzakirə etdi və dəstəklədi. “Mühafizəkarlar” dəyişiklikləri dəstəkləmirlər.