Parlament əksəriyyəti baş nazir namizədi haqqında bugün müzakirə aparacaq
Parlament əksəriyyəti baş nazir namizədi haqqında bugün müzakirə aparacaq.
Parlament əksəriyyətinin görüşü “Gürcü Arzusu” partiyasının mərkəzi ofisində saat 17:00-da başlayacaq.
Bu vaxta qədər baş nazir namizədliyi ilə bağlı parlament əksəriyyəti tərərfindən heç bir şərh verilməyib.
Birinci Kanalın əldə etdiyi məlumata görə, baş nazir namizədliyinə qüvvədə olan Maliyyə Naziri Mamuka Baxtadze müzakirə olunur.
Xatırladaq ki, Giorgi Kvirikaşvili dünən baş nazir vəzifəsindən istefa etdi.
Baş nazirin istefa verdiyinə görə də, qanunla, avtomatik olaraq, bütün nazirlər kabineti istefa edir.