Bu gün parlamentin plenar iclasında Müdafiyə Naziri Levan İzoriyayı dinləyəcəklər.
Levan İzoria qanunverici orqana Müdafiyə Nazirliyinin islahatlarını təqdim edəcək.
Nazir həmçinin, NATO ilə əməkdaşlıq haqqında da söz edəcək.
Müdafiyə Nazirinə müəyyən sualları parlament müxalifətinin də var.
Müxalifət tərəfindən müzakirə ediləcək məsələlərdən biri məcburi hərbi çağırış məsələsi olacaq.
“Avropa Gürcüstanının” üzvü Otar Kaxidze bəyan edir ki, sistem vətəndaşları məcburi olaraq əsgərə çağırıb, onlara təlim keçməyə hazır deyil.
Müxalifət nümayəndələri həmçinin, Müdafiyə Nazirliyinin alış-satış xidmətlərindəki korrupsiya ilə bağlı suallar verəcəklər.