Parisin Qran Slemi Gürcüstan qızıl medalsız başa çatdırdı - Ğviniaşvili finalda məğlubiyyətə uğradı
Parisin Qran Slemi Gürcüstan qızıl medalsız başa çatdırdı - Ğviniaşvili finalda məğlubiyyətə uğradı

Parisin Qran Slemində 90 kiloqram çəki kateqoriyasında yarışan Beka Ğviniaşvili finalda məğlubiyyətə uğradı. Dörd görüşün dördünüdə vaxtından əvvəl qazanan, həlledici görüşə qədər gedib çıxan Ğviniaşvili, özü 15 saniyədə məğlubiyyətə uğradı.

Yaponiyalı Soiçiro Mukay ilə satarda buraxdığı səhvə görə, Beka qızıl medal qazanmağa şansını itirdi.  Görüşün sonunda, Ğviniaşviliyə tatamdan çıxmağa məhz elə çempion, Mukay yardım etdi, çünki yıxılarkən ayağından zədə aldı. Zədənin nə qədər ciddi olması hələlik məlum deyil.

Xatıqrladaq ki, gürcüstan yığması üçün cari turnirdə bu üçüncü medal idi. Bu gün Nuqzar Tatalaşvili bürünc, dünən isə, 73 kiloqram çəki kateqoriyasında Laşa Şavdatuaşvili gümüş medalını qazandı.

Daha bir medal üçün bir neçə dəqiqədən sonra Varlam Liparteliani 100 kiloqram çəki kateqoriyasında üçüncü yer üçün Xorvatiyalı Zlatko Kurmiç ilə mübarizə aparacaq.