Paata İmnadze bəyan edir ki, Gürcüstanda koronavirusun yayılması ehtimalı əsassızdır
“Gürcüstanda koronavirusun yayılmasının real riskləri praktiki olaraq, mövcud deyil. Gürcüstanın bu virusun daşıyıcısı olan Uxan şəhəri ilə birbaşa aviareysləri yoxdur”, – bu barədə bəyanatı Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin baş direktorunun elmi sahə üzrə müavini Paata İmnadze verdi.
“Koronavirusa bənzər hallar 2002-ci ildə də baş verdi və jurnalistlər ona atipik pnevmoniya adını verdilər. 2012-ci ildə isə, Səudi Ərəbistanda dəvədən insana virus keçmişdi. Belə viruslar əsasən, sətəlcəm xəstəliyinə səbəb olur” – dedi Paata İmnadze.
Çində yayılan koronavirusun Gürcüstanda yayılması ehtimalına gəlincə isə, Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin baş direktorunun müavininin dediyinə görə, Gürcüstanda buna heç bir əsas yoxdur.
Xatırladaq ki, Çində koronavirus diaqnozu 440 nəfərə qoyuldu. 9 pasient isə, həyatını itirib.
Virusun bir neçə halları ABŞ-da, Taylandda və Cənubi Afrikada qeydə alındı.