Otar Daneliya - əgər polis nəzarəti zamanı səlahiyyət aşması olarsa, müvafiq münasibətlə bildiriləcəkdir
Parlamentin Aqrar məsələləri komitəsinin sədri, Otar Daneliya əmindir ki, Daxili İşlər Nazirliyi tərəfindən patrul nəzarətinin həyata keçirilməsi zamanı səlayyətin aşması faktları olmayıb və əgər olarsa, müvafiq münasibətlə bildiriləcəkdir.
Jurnalistlərə Daneliyanın bəyan etdiyinə görə, nazirin islahat və fəal yanaşmalarının qeyd olunmaması mümkün deyil.
“Nazirdən çox fəal proqramlar dinlədik və bu prosses də bu proqramın hissəsidir. Ən əsası odur ki, bu prevensial tədbirlərdir.Bu prossesi alqışlayırıq. Çünki çox pozitiv hadisədir. Prevensial tədbirlə özümüzü maksimal siğorta etmək deməkdir. Əminəm ki, səlayyətin aşması faktları olmayıb və əgər olarsa, müvafiq münasibətlə bildiriləcəkdir”, – Daneliya bəyan etdi.
Daxili İşlər Nazirliyinin məlumatına, Tbilisi və bölgələrdə polis nəzarəti həyata keçirilir. İdarədə bəyan edirlər ki, bunun məqsədi prevensiyadır.