Daxili İşlər Nazirliyi böyük miqdarda narkotik vasitə çıxardı
Daxili İşlər Nazirliyi böyük miqdarda narkotik vasitə çıxardı

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Detektivlər İdarəsinin əməkdaşları, polis nəzarəti çərçivəsində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində, İran İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü H.G.-nı, özəlliklə böyük miqdarda narkotik vasitəsinin qeyri qanuni əldə edilməsi-saxlanılması ittihamı ilə, Tbilisidə, Samğebro küçəsində yaxaladı.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hüquqmühafizəçilər, yaxalananın üst-başını yoxlayarkən, bir kiloqrama qədər heroin narkotik vasitəsini dəlil kimi çıxardı. İttiham olunan törətdiyi cinayəti etiraf edir.