Orbeliani Meydanı bərpadan sonra necə olacaq (foto/video)

Tbilisidə, Orbeliani Meydanı və həndəvər ərazisinin bərpasına başlanır.

Bərpa işləri bir neçə mərhələni əhatə edir.

Layihənin ümumi dəyəri 52 milyon larini təşkil edir və Tbilisi Meriyasının büdcəsindən maliyyələşdiriləcək.

Orbeliani Meydanı və həndəvər ərazisinin bərpası işlərini Tbilisi İnkişaf Fondu “Axali Tpilisi” (yeni tiflis) layihəsi çərçivəsində həyata keçirəcək.

Layihənin təqdimatı Orbeliani Meydanında oldu.