Opinionway-in göstəricilərinə görə, Azərbaycanın prezident seçkilərində İlham Əliyev səslərin 86,3%-ni yığdı
Azərbaycanın prezident seçkilərində qüvvədə olan preziden İlham Əliyev liderlik edir.
Fransız şirkəti Opinionway-in göstəricilərinə əsasən, qüvvədə olan prezident səslərin 86,53%-ni topladı.
İkinci yerdə, 3,1%-lə Qüdrət Həsənquliyevdir, üçüncü yerdə isə, 2,9%-lə Zahid Orucdur.
ELS-in eqzipollarının nəticələrinə əsasən isə, İlham Əliyev seçicilərin səslərinin 82,71%-ni yığdı.
Şirkət 118 seçki məntəqəsində sorğu keçirdi.
Prezident seçkilərində 8 namizəd iştirak edirdi.
Seçki günü bütün ölkə miqyasında 5 426 seçki məntəqəsi açılmışdı.