Olimpiya komitəsi dağ kurortlarının inkişaf səviyyəsini öyrənmək üçün Gürcüstana ekspertlər göndərəcək
Beynəlxalq Olimpiya komitəsi Gürcüstana ekspertlər və müşavirlərdən ibarət qrup göndərəcək, hansı ki, dağ kurortların vəziyyətini və gələcək perspektivlərini öyrənəcək.
Bu qərarı Beynəlxalq Olimpiya komitəsinin prezidenti Tomas Bax Giorgi Kvirikaşvili ilə bugünki görüşdə verdi.
Giorgi Kvirikaşvili Tomas Baxla üzbə-üz keçirdiyi görüşdə onu Gürcüstanın dağ potensialı ilə tanış etdi və ölkənin son illərdə nail olduğu tərəqqi haqqında söz etdi.
Üz-bə-üz görüşdən sonra, danışıqlar daha geniş formatda davam etdi.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti, Qış Olimpiyadasının Gürcüstanda keçirilməsi haqqında, Gürcüstanın baş nazirinin təşəbbüsünü salamlayır.
“Biz Gürcüstanın Olimpiya Komitəsini dəstəkləyirik” – dedi Tomas Bax.
Görüş başa çatdıqdan sonra, Gürcüstanın baş naziri Beynəlxalq Olimpiya Komitəsinin fəxri qonaqlar kitabına yazı daxil etdi.