Beynəlxalq Olimpiya Komitəsi daha 4 xizəkçini cəzalandırdı və onlar tərəfindən 2014-cü il Soçi Qış Olimpiyadasında göstərilən nəticəri ləğv etdi. Bundan başqa, onlara Olimpiyadada iştirak etmək ömürlük qadağan edildi. Bu xizəkçilər Maksim Vileqjanin, Yevgeni Şapavalovi, Aleksey Petuxov və Yuliya İvanovadır.
Xatırladaq ki, daha öncə analoji cəzalandırmanı Aleksandr Laqkov və Yevgeni Belov almışdır.
Vileqjanin Soçi Olimpiyadasında üç gümüş medal qazanmışdır. Rusiyanın əlindən hər üç medal alındı. Daha öncə Leqkovdan bir qızıl və bir gümüş medal alındı.