Nyu Yorkun Kennedi adına beynəlxalq hava limanının bir hissəsinə su doldu. Bu isə, əlverişsiz hava şəraitinə görə pozulmuş uçuş cədvəlini daha da çətinləşdirir.
Yerli mediyanın məlumatına görə, su dördüncü terminalın döşəməsini basdı.
Durumu havanın pisləşməsi əmələ gətirdi. Nyu Yorkda temperatur birdən birə endi və mənfi 8 dərəcəni təşkil etdi.
Dördüncü terminaldan reyslər ləğv edildi. Artıq aeroportda olan sərnişinləri isə, başqa terminallara bölüşdürdülər.