Nutsa Buzaladze Gürcüstanı 2024-cü ilin Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək
Nutsa Buzaladze Gürcüstanı 2024-cü ilin Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək

Nutsa Buzaladze Gürcüstanı 2024-cü ilin Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.

Nutsa Buzaladze 1997-ci ilin yanvarın 28-də anadan olub. 5 yaşından “Martve” ansamblına gedib, sonra “Mziuri” uşaq ansamblının baş vokalisti olub, həm də gitarada ifa edib. 8 yaşından fortepiano öyrənməyə başlayıb.

İllər ərzində o, 10-dan çox müsabiqədə iştirak edib və dəfələrlə həm Gürcüstanda, həm də xaricdə tanınıb. Nutsa aşağıdakı yarışlarda uğurla iştirak edib:

2011 “İstedad” (yarı finalçı)
2013 “Birə-bir” (finalçı)
2014 “Yeni dalğa” (qalib)
2015 “Ulduzlarla rəqs” (yarı finalçı)
2017 “O ses Türkiye” (yarı finalçı)
2020 “Hamı birlikdə” (finalçı)
2021 Kenga Magjike (qalib)
2021 “Hamı birlikdə” (finalçı)
2023 American Idol (Top 12)

2019-cu ildə o, gürcü və ingilis dilində mahnıları əhatə edən “Nutsa22” adlı debüt albomunu buraxıb. 2023-cü ilə qədər eyni zamanda Los-Anceles və Dubayda teatrda mahnı oxuyub və konsertlər verib. 2023-cü ildə Nutsa planetin ən populyar musiqi şoularından birində – American Idol-da iştirak edib, ən yaxşı 12 iştirakçı arasında olub və şounun finalında avstraliyalı pop ulduzu Kaili Minouq ilə duet ifa edib.

2024-cü ilin Avroviziya Mahnı Müsabiqəsi mayın 7, 9 və 11-də İsveçin Malmö şəhərində keçiriləcək.