Noyabr ayından Gürcüstan Avropa Şurasının prezident ölkəsi olacaq
Noyabr ayından Gürcüstan Avropa Şurasının prezident ölkəsi olacaq

Cari ilin noyabr ayında Gürcüstan Avropa Şurasının prezident ölkəsi olacaq.

Bu barədə bəyanatı jurnalistlərə parlamentin vitse-spikeri Tamar Çuqoşvili verdi.

Onun dediyinə görə, cari ildə, Gürcüstanın Avropa Şurasının üzvü olaraq, 20 ili tamam olur.

“Bu bizim üçün əhəmiyyətli bir tarixdir, çünki çox nadir haldır. Avropa Şurasının 48 üzvü var və həmin ölkələrin Avropa Şurasında prezidentliyi sırayla olur. Bu ölkəyə 10 ildə bir dəfə verilən bir şansdır və bu imkandan ölkəmizin xeyri üçün faydalanmalıyıq” – dedi Tamar Çuqoşvili.