Norveçdə məsciddə baş verən atəş nəticəsində bir nəfər xəsarət aldı. Bu barədə məlumatı “BBC” yayır. Böyük Britaniyanın İctimai Yayımçısının məlumatına görə, hücum paytaxt Oslonun həndvərində, Al-Nuri İslam Mərkəzində baş verdi. Polisin gəlməsinə qədər, hücumçunu məsciddə olanlar tərksilah etdilər.
Şübhəlini polis hadisə yerindəcə yaxaladı. Onun kimliyi hələlik müəyyənləşdirilməyib. Hücumçunun həmfikirlisi yox idi.