Nikol Paşinyan - Rusiya ilə münasibətlərdə biz səhv heç nə etməmişik
Nikol Paşinyan - Rusiya ilə münasibətlərdə biz səhv heç nə etməmişik

 
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya Federasiyası ilə münasibətlərdə səhv heç nə etmədiyini bildirib.
Sözügedən bəyanatı Paşinyan partiyasının üzvləri ilə görüşü zamanı verib.

Ermənistanın Baş naziri bildirib ki, tərəfdaşlar konkret heç nəyə işarə edə bilməzlər və Ermənistanın yerinə yetirmədiyi öhdəliklərin olduğunu deyə bilməzlər.

“Biz qeyd edə bilərik və qeyd edəcəyik ki, legitim suallar veririk və bu legitim suallara əsaslı cavablar gözləyirik. Bu cavab deyilmədiyinə görə nə desələr də, məsələni həll etməyəcək”- Paşinyan bildirib.