Rusiya Ermənistanın Daxili işlərinə qarışmayacaq, – bu bəyanatı müxalifətçi lider Nikol Paşinyan bugün keçirdiyi mətbuat konfransında verdi.
Onun dediyinə görə, Ermənistanda baş verən hadisələr sadəcə Ermənistanın daxili siyasi işləridir.
“Dəfələrlə demişəm ki, Ermənistanda baş verən hadisələrin geo-siyasi konteksti yoxdur. Bu 100 faizlik bir gerçəkdir” – dedi Paşinyan.
Paşinyana Ermənistan iqtidarının nümayəndələrinin Moskvaya səfəri barədə sual verdilər. Paşinyan isə, bəyan etdi ki, erməni yüksək rütbəlilərin Moskvaya nə üçün getdiklərini bilmir.
“Bəlkə də bilirlər ki, Ermənistanda onlara dəstək verən yoxdur və başqa bir ölkədə təəsürat yaratmağa çalışırlar” – dedi Paşinyan.
Məlum olduğu kimi, Ermənistanın baş nazir vəzifəsini icra edən Karen Karapetyan bugün Nikol Paşinyanla “Meriot” mehmanxanasında keçirilən görüşə getmədi.