Nikol Paşinyan - İnanıram ki, Rusiya erməni xalqının seçimini anlayışla qarşılayacaq
Ermənistan müxalifətinin lideri Nikol Paşinyanın dediyinə görə, Ermənistan hakimiyyətində kimin olacağını sadəcə erməni xalqı qərar verəcək. Bu barədə bəyanatı Paşinyan keçirdiyi mətbuat konfransında verdi.
Rusiyanın Ermənistan iqtidarında, – yeni baş nazir olaraq, Karen Karapetyanı görmək istədiyi halda nə olacağı barədə sualı cavablandırarkən, Paşinyan bəyan etdi ki, o əmindir ki, Moskva erməni xalqının seçimini anlayışla qarşılayacaq.
“Ermənistan iqtidarında kimin olacağını erməni xalqı qərar verəcək. Rusiya bizim qonşumuzdur, hansı ilə Ermənistanın yaxşı münasibətləri var və mən inanıram ki, Rusiya erməni xalqının seçimini anlayışla qarşılayacaq” – dedi Nikol Paşinyan.
Onun dediyinə görə, “Məxməri inqilab” Ermənistanda bütün tələblərin yerinə yetirilməsinə qədər davam edəcək.
Paşinyayn bəyan edir ki, müxalifətin məqsədi odur ki, iqtidar hakimiyyəti sülh yolu ilə təhvil etsin və bu proses sabahdan başlayacaq.